Ana Səhifə Bloq İynə Terapiyası
⚡ FİZİOTERAPİYA

İynə Terapiyası Nədir? Quru İynələmə Faydaları və Qiymətləri

Ramazan Nəsirli Ramazan Nəsirli — Fizioterapevt | Skolioz Mütəxəssisi 📅 23 İyun 2026 ⏱ 5 dəq oxuma

İynə terapiyası (həmçinin quru iynələmə və ya Dry Needling kimi tanınır) — əzələlərdə yaranan gərginlik nöqtələrini (trigger nöqtələr və ya qulunclar) aradan qaldırmaq üçün istifadə edilən müasir fizioterapiya metodudur. Bu üsulda heç bir dərman istifadə olunmur, yalnız xüsusi nazik akupunktura bənzər steril iynələr birbaşa spazm olan əzələyə daxil edilir.

İynə Terapiyasının Təsir Mexanizmi

Quru iynə əzələ daxilindəki spazm nöqtəsinə çatdıqda, əzələ lifləri ani olaraq yığılır və boşalır. Bu, həmin nahiyədə qan dövranını sürətləndirir, oksigenləşməni artırır və ağrıya səbəb olan kimyəvi maddələrin uzaqlaşmasını təmin edir.

İynə Terapiyasının Əsas Faydaları:

  • Qulunc və xroniki əzələ gərginliyini ilk seansdan yox edir.
  • Dərmansız müalicə olduğu üçün qaraciyər və mədəyə heç bir ziyanı yoxdur.
  • Boyun və bel ağrıları, miqren xarakterli baş ağrıları, çiyin donmasında çox effektivdir.

🦴 Dayaq-Hərəkət Sistemi Problemlərindən Əziyyət Çəkirsiniz?

Bakının 6 filialında manual terapiya, skolioz və reabilitasiya mütəxəssisi Ramazan Nəsirli tərəfindən peşəkar müayinə və müalicə.

📅 Müayinə Üçün Qəbula Yazıl

Tez-Tez Verilən Suallar (FAQ)

İynə terapiyası ağrılıdırmı?
İynələr çox nazik olduğu üçün daxil edilərkən demək olar ki ağrı hiss olunmur. Əzələ spazmı boşalarkən ani bir sıxılma və ya yüngül sızıldama hissi ola bilər ki, bu da tamamilə normaldır.
Akupunktur ilə fərqi nədir?
Akupunktur Şərq təbabətinə əsaslanır və bədəndəki enerji meridianlarına təsir edir. Quru iynələmə (Dry Needling) isə müasir qərb tibbinə, anatomiya və əzələ-sinir sisteminin elmi prinsiplərinə əsaslanır.
Qəbul və müayinə üçün necə yazıla bilərəm?
Müayinə və qəbula yazılmaq üçün saytımızdakı online randevu bölməsindən istifadə edə bilərsiniz və ya birbaşa 050 880 44 08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Ramazan Nəsirli

Ramazan Nəsirli

Fizioterapevt | Skolioz və Şrot Terapiyası Uzmanı

Hacettepe Üniversitesi məzunu. Skolioz, onurğa əyriliklərinin 3D elmi bərpası (Schroth, SEAS metodları) və manual terapiya üzrə ixtisaslaşmış peşəkar fizioterapevt.