Uşaqlarda rast gəlinən skoliozlardan fərqli olaraq, degenerativ skolioz yetkinlik və yaşlılıq dövründə (əsasən 50 yaşdan sonra) onurğanın aşınması, oynaqların yeyilməsi və disklərin yırtılması nəticəsində sonradan yaranan onurğa əyriliyidir.
Niyə Yaranır?
Yaşlandıqca fəqərəarası disklər su itirir və incəlir. Fəqərələri birləşdirən faset oynaqlarında kirecləşmə (artroz) baş verir. Əgər bu aşınma onurğanın bir tərəfində daha çox olarsa, onurğa həmin tərəfə doğru əyilir və degenerativ skolioz yaranır.
Əlamətləri və Əməliyyatsız Müalicəsi
Ən böyük əlaməti beldə şiddətli ağrı, yeriyərkən tez yorulma və ombaya yayılan ağrılardır. Müalicədə məqsəd əyriliyi 0 dərəcəyə gətirmək deyil (bu yaşda mümkün deyil), oynaq bloklarını manual terapiya ilə açmaq, sinir sıxılmasını azaltmaq və xüsusi gimnastika ilə ağrısız hərəkət təmin etməkdir.
🦴 Dayaq-Hərəkət Sistemi Problemlərindən Əziyyət Çəkirsiniz?
Bakının 6 filialında manual terapiya, skolioz və reabilitasiya mütəxəssisi Ramazan Nəsirli tərəfindən peşəkar müayinə və müalicə.
📅 Müayinə Üçün Qəbula Yazıl